Bank Of Baku

Avropa İttifaqı Peskova qarşı sanksiya tətbiq edib

Avropa İttifaqı Peskova qarşı sanksiya tətbiq edib
# 28 fevral 2022 23:52 (UTC +04:00)

Avroap İttifaqı(Aİ) Rusiyanın Putinə yaxınlığı ilə tanınan oliqarxların aktivlərini dondurub və onlara səyahət qadağası qoyub.

APA-nın London bürosunun verdiyi xəbərə görə, bu barədə “Financial Times” məlumat verib.

Sanksiyalara məruz qalan şəxslər arasında Alfa Qrupunun təsisçisi Mixail Fridman və həmkarı Pyotr Aven, “Rosneft”in baş içraçı direktoru İqor Seçin və “Transneft”in baş içraçı direktoru Nikolay Tokarev, və maliyyəçi Əlişir Usmanovın adı var. Rusiya Silahlı Qüvvələri Cənub Hərbi Dairəsinin komandanı Aleksey Avdeyev və onun müavini, Qarabağdakı Rusiya sülhməramlılarının keçmiş komandanı Rüstəm Muradov və Kremlin mətbuat katibi Dimitri Peskov da sanksiya siyahısında adı olan şəxslər arasındadır.

Putinin çoxdankı dostu, Volqa Qrupunun təsisçisi və səhmdarı Gennadi Timçenko da Aİ-nin sanskiya siyahısına düşən şəxslər arasındadır. O, həmçinin Aİ və Böyük Britaniyanın sanksiyaları məruz qalan “Bank Rossiya”nın da səhmdarıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR