Avropa İttifaqının 4 ölkəsi Rusiya və Belarus sərhədində müdafiə səddi çəkmək istəyir

Avropa İttifaqının 4 ölkəsi Rusiya və Belarus sərhədində müdafiə səddi çəkmək istəyir
# 28 iyun 2024 04:09 (UTC +04:00)

Polşa, Litva, Latviya və Estoniya Avropa İttifaqından Rusiya və Belarus sərhədində 700 kilometrlik müdafiə səddi çəkməyi xahiş ediblər.

APA xəbər verir ki, Polşanın PAP xəbər agentliyinin məlumatına görə, Aİ üzvü olan ölkələrin liderləri, Aİ Komissiyasının sədri Ursula Von der Leyen və Avropa İttifaqının prezidenti Şarl Mişelə sərhədlərinin hərbi və mülki müdafiəsinə yönəlmiş müdafiə səddi ilə bağlı məktub göndərib.

Litvanın Prezidenti Gitanas Nauseda, Polşanın Baş naziri Donald Tusk, Estoniyanın Baş naziri Kaya Kallas və Latviyanın Baş naziri Evika Silina tərəfindən imzalanan məktubda müvafiq ölkələrin Rusiya və Belarusla sərhəd boyunca 700 kilometrlik müdafiə səddinin çəkilməsi tələbi irəli sürülüb.

Layihənin təxminən 2,67 milyard dollara başa gələcəyi ehtimal olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR