Avropa Komissiyası drondan müdafiə sistemini gücləndirir

Avropa Komissiyası drondan müdafiə sistemini gücləndirir
# 21 fevral 2024 08:18 (UTC +04:00)

Avropa Komissiyası (AK) Brüsseldə yerləşən mənzil-qərargahında pilotsuz uçan aparatlardan müdafiə sistemi quraşdırmağa hazırlaşır.

APA “Politico” nəşrinə istinadla xəbər verir ki, bu barədə Komissiyanın adının çəkilməsini istəməyən bəzi mənbələri məlumat yayıb.

“Müdafiəsi güclü olmayan dövlət idarələrinin birbaşa yaxınlığında həyata keçirilən sanksiyalaşdırılmamış dron uçuşları potensial təhlükə yarada bilər”, – nəşr anonim mənbənin sözlərindən sitat gətirir.

Mənbənin bildirdiyinə görə, Komissiya Belçikanın digər maraqlı tərəfləri və rəhbər qurumları ilə birlikdə bu təhlükənin aradan qaldırılması üçün mümkün tədbirləri nəzərdən keçirir.

Mənbənin məlumatına əsasən, Avropa Komissiyası öz mənzil-qərargahının müdafiə edilməsini təmin edən avadanlığın tədarükünü həyata keçirə biləcək şirkətlərin axtarışına başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR