Avropa Komissiyası Slovakiya üçün maliyyəni azalda bilər

Avropa Komissiyası Slovakiya üçün maliyyəni azalda bilər
# 09 sentyabr 2024 01:21 (UTC +04:00)

Avropa Komissiyası (AK) ölkənin Baş nazirinin xüsusi prokurorluğun ləğvi ilə bağlı qərarı ilə əlaqədar Slovakiyaya ayrılan maliyyənin dondurulması prosedurunun başlanması barədə qərar hazırlayıb.

APA xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Agentliyin məlumatına görə, qərarı Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen təsdiq etməli olacaq.

Belə olan halda Bratislava Aİ Balanslaşdırılmış İnkişaf Fondu çərçivəsində almalı olduğu 12,8 milyard avronun bir hissəsindən məhrum olacaq.

AK vəsaitləri dondurmaq qərarını versə, Slovakiya Macarıstandan sonra belə bir tədbirə məruz qalan ikinci Aİ ölkəsi olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR