Avropa Komissiyası Avropa İttifaqı (Aİ) Şurasına Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı danışıqlara rəsmi şəkildə başlamağı tövsiyə edib.
APA xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Aİ-nin qonşuluq və genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyi ilə birgə mətbuat konfransında bildirib. O, Moldova ilə də Kişinyovun yekun şərtləri yerinə yetirməsindən sonra üzvlük danışıqlara başlanılmasını tövsiyə edib.
“Euronews”in məlumatında Ukraynanın danışıqlara başlanılması üçün irəli sürülmüş yeddi şərtdən dördünü artıq yerinə yetirdiyi, lakin anti-korrupsiyaa, de-oliqarxizasiya və etnik azlıqların hüquqları ilə bağlı hələ işləməli olduğu bildirilib. Moldovanın isə ədliyyə və anti-korrupsiya islahatları həyata keçirməli olduğu qeyd olunub.