Bank Of Baku

Avropa Sülh Mexanizmi vasitəsilə Gürcüstana 62 mln. avro yardım ayrılıb

Avropa Sülh Mexanizmi vasitəsilə Gürcüstana 62 mln. avro yardım ayrılıb
# 07 sentyabr 2023 16:15 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) Avropa Sülh Mexanizmi vasitəsilə bu vaxtadək Gürcüstana 62 milyon avro dəyərində yardım ayırıb.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell “Civil.ge” nəşrinə müsahibəsində deyib. O, bildirib ki, Aİ Gürcüstan da daxil olmaqla regionun bütün ölkələri ilə təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı gücləndirib:

“Məsələn, Aİ Avropa Sülh Mexanizmi vasitəsilə Gürcüstana öz müdafiə qüvvələrinin gücləndirilməsinə yardım etməkdədir. Gürcüstan Müdafiə Qüvvələri üçün qeyri-ölümcül vasitələrin ilk partiyası apreldə Gürcüstana çatdırılıb və o vaxtdan bəri biz çatdırmalara davam edirik. Bu vasitələr böhran vəziyyətlərində sürətli reaksiya və həyatların xilas edilməsində həyati əhəmiyyətli olacaq. Ümumilikdə, Avropa Sülh Mexanizmi çərçivəsində Gürcüstana bu vaxtadək 62 milyon avro ayrılıb”, - Borell deyib.

Qeyd edək ki, Cozep Borel bu gün Gürcüstana iki günlük səfərə gələcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR