Avropa Şurasının Nazirlər Komitəsi Ukrayna münaqişəsindəki roluna görə Belarusla əməkdaşlığı dayandırıb.
APA-nın xəbərinə görə, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Qurumun yaydığı məlumatda bildirilir ki, Belarusun bütün tədbirlərdə iştirakı dayandırılıb. Bu, Venesiya Komissiyasının iclaslarına da aiddir. Lakin Belarusun beynəlxalq konvensiyaların iştirakçısı kimi hüququ məhdudlaşdırılmır.
Komitə Minsklə istənilən texniki əməkdaşlığı da dayandırmaq niyyətindədir.