Sabah Almaniya, Avstriya, Danimarka, Fransa, Şimali Kipr Türk Respublikası və Lüksemburqda yaşayan Türkiyə vətəndaşlarının prezident və parlament seçkiləri çərçivəsində səsvermə prosesi başlayacaq.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN məlumat yayıb.
Qeyd edək ki, Türkiyə Prezidenti və millət vəkili seçkiləri 14 mayda baş tutacaq.