Bank Of Baku

Avstriya XİN İranı Evin həbsxanasındakı məhbusların təhlükəsizliyini təmin etməyə çağırıb

Avstriya XİN İranı Evin həbsxanasındakı məhbusların təhlükəsizliyini təmin etməyə çağırıb
# 16 oktyabr 2022 19:17 (UTC +04:00)

Avstriya Xarici İşlər Nazirliyi İran hakimiyyətini yanğında azı 4 nəfərin öldüyü Evin həbsxanasında məhbusların təhlükəsizliyini təmin etməyə çağırıb.

APA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Twitter hesabında bazar günü yayılan bəyanatda deyilir.

"Biz İran hökumətini Evin həbsxanasındakı bütün məhbusların, o cümlədən öz fikirlərini dinc şəkildə ifadə etdiklərinə görə haqsız yerə saxlanılanların təhlükəsizliyini təmin etməyə çağırırıq" - bəyanatda bildirilir.

Nazirlik həmçinin xatırladıb ki, bazar ertəsi Aİ xarici işlər nazirləri "İranda davam edən etirazlar kontekstində insan haqlarını pozanlara qarşı sanksiyalar qəbul etmək üçün" görüşəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR