NATO-nun Genişlənmə üzrə Avstriya Komitəsinin (QHT) sədri Günter Fehlinger Ermənistanı Alyansa qoşulmağa çağırıb.
APA xəbər verir ki, bu barədə QHT sədri Günter Fehlinger “X” sosial şəbəkəsində (keçmiş “Twitter”) yazıb.
"Nikol Paşinyan, mən Ermənistanı NATO-ya üzv olmağa çağırıram. Co Bayden Ermənistanı müdafiə edəcək", - deyə Fehlinger qeyd edib.