Bank Of Baku

Ay ərzində Kolizey üçüncü dəfə vandalizmə məruz qalıb

Ay ərzində Kolizey üçüncü dəfə vandalizmə məruz qalıb
# 17 iyul 2023 06:57 (UTC +04:00)

İtaliyanın paytaxtı Romada 17 yaşlı alman turist qədim Kolizeyə ziyan vurduğu üçün saxlanılıb.

APA-nın ANSA agentliyinə istinadla məlumatına görə, alman tələbə məşhur abidənin divarına adını qazıyarkən yaxalanıb.

Bu, ay ərzində üçüncü belə hadisədir. Bundan əvvəl gənc isveçrəli qadın Kolizey divarına adının baş hərflərini cızdığı üçün saxlanılıb. Daha əvvəl isə başqa bir turist divara sevgilisinin adını yazarkən kameraya düşüb.

İtaliya qanunvericiliyinə görə, vandalizm aktını törədənləri 15 000 avro cərimə və 5 ilədək həbs gözləyir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR