Bank Of Baku

Azərbaycanlı tələbələr Ukraynanın Nikolayev şəhərindən evakuasiya edilir

Azərbaycanlı tələbələr Ukraynanın Nikolayev şəhərindən evakuasiya edilir
# 02 mart 2022 14:48 (UTC +04:00)

“Hazırda əsas hücum hədəflərindən biri olan Ukraynanın Nikolayev vilayətində 14 min azərbaycanlı yaşayır”.

Bunu APA-ya açıqlamasında Ukrayna Azərbaycanlıları Konqresinin Nikolayev vilayətində sədr müavini Adil Babayev bildirib.

A. Babayevin sözlərinə görə, Nikolayevdəki azərbaycanlı tələbələrin evakuasiyasına da başlanılıb: "Dünən 21 nəfər avtobusla yola salınıb, Rumıniyadan təyyarə ilə Azərbaycana yola salınacaqlar. Bu gün Azərbaycan vətəndaşlarının təxliyəsi üçün ayrılmış və Kiyevdən yola düşmüş qatarla da 16 tələbə yola salınacaq”.

A. Babayev onu da deyib ki, Xersona nəzarəti təmin edən Rusiya Ordusunun bölmələrinin dünən Nikolayev şəhərinə hücum cəhdi nəticəsiz qalıb: “Bu gün səhər saatlarında Qara dənizdən qanadlı raketlərlə Nikolayevdəki hərbi aerodroma zərbə endirdilər. Daha sonra isə Balovna və Kalinovka kəndlərinə desant çıxardılar. Desant hücumunun da qarşısı alındı. Nikolayev şəhəri 3 gündür müdafiə olunur. Azərbaycanlılar da şəhərin müdafiəsində fəal iştirak edirlər”.

A. Babayev qeyd edib ki, hazırda şəhərdə supermarketlər, mağazalar bağlıdır: “Azərbaycanlılar evlərindən ərzaq, yemək gətirərək şəhər müdafiəçilərinin bu sahədə təminatında da fəal iştirak edirlər”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR