Bank Of Baku

Azərbaycanlıların kompakt yaşadığı Marneulidə məktəbdə şagirdlər qaz sızmasından zəhərləniblər

Azərbaycanlıların kompakt yaşadığı Marneulidə məktəbdə şagirdlər qaz sızmasından zəhərləniblər
# 25 aprel 2023 20:35 (UTC +04:00)

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli bələdiyyəsinin 6 nömrəli ictimai məktəbinin şagirdləri qaz sızmasından zəhərləniblər.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, faktı Marneuli Resurs Mərkəzi (maarif şöbəsi) təsdiqləyib.

Məlumata görə, qaz sızması nəticəsində məktəbin 3 şagirdi huşunu itirib. Onların xəstəxanaya yerləşdirildiyi açıqlanıb. Zəhərli qazın məktəb binasının yaxınlığındakı müəssisələrdən birindən sızdığı, məktəblə əlaqəli olmadığı açıqlanıb. Təhlükəsizlik səbəbilə məktəb binasında təxliyə həyata keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR