Bank Of Baku

Baş nazir: İsveç Aİ və Türkiyə arasında daha yaxın əlaqələri təşviq edir

İsveç Baş naziri Ulf Kristersson

© APA | İsveç Baş naziri Ulf Kristersson

# 11 iyul 2023 13:26 (UTC +04:00)

"İsveçin Avropa İttifaqı və Tükiyə arasında yaxın münasibətləri dəstəkləməsi mövqeyi hər kəs tərəfindən yaxşı bilinir".

APA xəbər verir ki, bunu İsveç Baş naziri Ulf Kristersson NATO-nun Vilnüs sammitindən əvvəl jurnalistlərə açıqlamasında deyib.

"Biz indi daha yaxın iqtisadi əlaqələri, Gömrük İttifaqının modernləşdirilməsini, Türkiyə üçün daha yaxşı viza qaydalarının tətbiq olunmasını təşviq edirik. Hesab edirəm ki, Türkiyə ilə daha yaxın əlaqələr üçün münbit şərait var", - Kristersson vurğulayıb.

Baş nazir Ulf Kristersson Macarıstanın İsveçin NATO-ya üzvlüyünü ratifikasiya etməsi ilə bağlı suala da cavab verib.

"Mən bu yaxınlarda Macarıstan baş naziri ilə əlaqə saxlamışam. Onun bəyanatı məndə əminlik yaratdı", - deyə Kristersson bildirib

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR