Bank Of Baku

Baş Qərargah rəisi: Cenevrədə Ukrayna ordusunun ixtisarı müzakirə olunmayıb

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Andrey Qnatov

© APA | Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Andrey Qnatov

# 26 noyabr 2025 11:21 (UTC +04:00)

Cenevrədə Ukrayna və ABŞ nümayəndə heyətlərinin sülh planı üzrə danışıqları zamanı Ukrayna Silahlı Qüvvələrinin sayının azaldılması məsələsi qaldırılmayıb.

APA xəbər verir ki, bu barədə “RBK-Ukrayna” Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Andrey Qnatova istinadən məlumat yayıb.

“Hərbi qüvvələrin ixtisarından söhbət getmirdi. Söhbət dinc dövr üçün ordunun sayı ilə bağlı baxışlardan gedirdi. Bu, olduqca mübahisəli mövzudur”, – Qnatov deyib.

Onun sözlərinə görə, həm Kiyev, həm də Vaşinqton tərəfindən Ukrayna üçün ən yaxşı təminatın yaxşı təchiz olunmuş və döyüş qabiliyyətli ordu olması barədə “doğru fikir” səsləndirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR