Bank Of Baku

"Beeline" mobil operator şirkəti Gürcüstanda adını dəyişib

"Beeline" mobil operator şirkəti Gürcüstanda adını dəyişib
# 05 aprel 2023 13:38 (UTC +04:00)

"Beeline" mobil operator şirkəti Gürcüstanda adını dəyişib.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə şirkətin internet saytında məlumat paylaşılıb.

Qeyd olunub ki, mobil operator artıq "Cellfie" adı ilə fəaliyyət göstərəcək. Mobil operatorun brend rəngləri və saytı də artıq yenilənib və əvvəlki sayta çıxış məhdudlaşdırılıb.

“Brend dəyişsə də, bizim dəyərlərimiz eyni qalır”, - şirkətin açıqlamasında bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR