Belçika parlamenti Qolodomoru Ukrayna xalqına qarşı soyqırımı kimi tanıyıb.
APA xəbər verir ki, bununla bağlı Ukrayna Prezidenti Vladimir Zelenski "Twitter"də paylaşım edib.
"Belçika nümayəndələr palatasında tarixi səsvermə: daha bir ölkə 1932-1933-cü illər Qolodomorunu Ukrayna xalqına qarşı soyqırımı aktı kimi tanıyıb. Hər bir ukraynalı üçün vacib olan, dərin simvolik anlam daşıyan addım üçün Belçikaya təşəkkür edirəm”, - o qeyd edib.