Bank Of Baku

Belçika Ukraynaya F-16 təyyarələri göndərməyəcək

Belçika Ukraynaya F-16 təyyarələri göndərməyəcək
# 05 sentyabr 2023 12:42 (UTC +04:00)

Belçika istifadəyə yararsız olduğu üçün Ukraynaya F-16 təyyarələri göndərməyəcək.

APA xəbər verir ki, bu barədə Belçika ordusunun maddi resurslar üzrə idarəsinin rəhbəri Leytenant Frédéric Goetynck "De Standaard" nəşrinə bildirib.

Belçikalı rəsmi bildirib ki, bu təyyarələr artıq o qədər uçub ki, onların sistemi artıq köhnəlib. "Ukraynaya özünüz istifadə etmədiyiniz təyyarələri göndərə bilməzsiniz", - o əlavə edib.

Xatırladaq ki, Belçikanın Baş naziri Alexander De Croo artıq fevral ayında Brüsselin Ukraynaya döyüş təyyarələri verməyəcəyini bildirmişdi.

De Kroo bu təyyarələrin milli ordu və NATO üçün zəruriliyini vurğulasa da, ölkənin müdafiə naziri Dedonder F-16-larını "istifadə dövrünün sonunda" olduqları üçün Ukraynaya göndərə bilməyəcəyini söyləyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR