Bank Of Baku

Belçikada avtomobil kütləyə çırpılması nəticəsində 6 nəfər ölüb - YENİLƏNİB

Belçikada avtomobil kütləyə çırpılması nəticəsində 6 nəfər ölüb - YENİLƏNİB
# 20 mart 2022 15:10 (UTC +04:00)

Belçikanın Strepi-Brakeni şəhərində karnaval şənliyi zamanı avtomobilin kütləyə çırpılması nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.

APA-nın xəbərinə görə, bu barədə Belçika Səhiyyə Nazirliyi məlumat yayıb.

Xəstəxanalara yerləşdirilən 10 nəfərin durumu ağırdır, 27 nəfər isə yüngül xəsarət alıb.

Hadisə ilə bağlı prokurorluq avtomobildə olan 1988 və 1990-cı il təvəllüdlü iki yerli sakini saxlayıb. Qəzanın səbəbi araşdırılır. Ancaq prokurorluq hadisənin terror aktı olmasını göstərən hər hansı məqam olmadığını bildirib.

***

saat 13.07

Belçikanın Strepi-Brakeni şəhərində karnaval şənliyi zamanı avtomobil kütləyə çırpılıb.

APA-nın RTL telekanalına istinadən verdiyi xəbərə görə, hadisə yerli vaxtla saat 05.00 radələrində baş verib.

Nəticədə ən azı 4 nəfər ölüb, 12 nəfər ağır, 20 nəfər yüngül xəsarət alıb.

Strepi-Brakeni meri hadisəni "faciə" adlandırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR