Belçikanın xarici işlər naziri Aja Labib Brüsseldə iki isveçli futbol azarkeşinin öldürülməsini terror aktı adlandırıb.
APA xəbər verir ki, bu barədə nazir X sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Brüsselin tam mərkəzində iki nəfərin ölümü ilə nəticələnən terror aktı məni dəhşətə gətirir. Radikalizmlə mübarizə üçün bütün lazımi vasitələr səfərbər edilməlidir", - deyə o bildirib.
“Sudinfo” portalının xəbərinə görə, Brüsseldə atışmanı həyata keçirən şəxs İŞİD terror qruplaşmasının üzvüdür.