Bank Of Baku

Ben Uolles ABŞ-ın Ukraynaya kasetli bombalar verməsinə münasibət bildirib

Ben Uolles ABŞ-ın Ukraynaya kasetli bombalar verməsinə münasibət bildirib
# 12 iyul 2023 13:46 (UTC +04:00)

Böyük Britaniyanın müdafiə naziri Ben Uolles ABŞ-ın Ukraynaya kasetli bombalar verməsi ilə bağlı xəbərə münasibət bildirib.

APA xəbər verir ki, müdafiə naziri Vilnüsdə keçirilən NATO İctimai Forumunda panel müzakirəsi zamanı deyib ki, məsələyə hərbi nöqteyi-nəzərdən yanaşmaq lazımdır. Belə ki, Ukraynanın silah-sursata ehtiyacı var.

“Ukrayna hərbi qüvvələrinin silah-sursata ehtiyacı var, ABŞ isə bu Konvensiyada tərəf deyil. Mən hərbi nöqteyi-nəzərdən məsələyə yanaşaraq deyə bilərəm ki, müharibədə müxtəlif çeşiddə silah-sursat tələb olunur. Böyük Britaniya bu Konvensiyanı imzalayıb, biz bu silahları təşviq edə, istifadə edə və ya təmin edə bilmərik”, - Uolles deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR