Berlin Senatının şəbəkələrinə kiberhücum edən “Rhysida” haker qrupu oğurladığı məxfi məlumatları darknetdə yayıb.
“Bild” qəzetinin məlumatına görə, hakerlər ümumilikdə 5,79 TB həcmində məlumat əldə ediblər.
Sızdırılan məlumatlar arasında dronlarla bağlı yüzlərlə sənəd də yer alır. 2025-ci ilin noyabrına aid məxfi sənəddə dronların istənilən vaxt təhlükəli əşyaları təhlükəsizlik zonasına çatdıra biləcəyi qeyd olunur. Sənədlərə əsasən, 2025-ci ilin yayında Berlin hava limanı ətrafında 30 km radiusda 19 gün ərzində 2093 dron uçuşu qeydə alınıb.
Haker qrupu Berlin rəhbərliyindən 2 milyon avro tələb edib və məlumatları yaymaqla hədələyib.
Kiberhücum avqustun 14-də aşkarlanıb, iki qurum şəhər şəbəkəsindən müvəqqəti ayrılıb.
Berlin meri Kay Vegner isə şəhərin hakerlərin şantajına boyun əyməyəcəyini bildirib.