İtaliyanın keçmiş Baş naziri Silvio Berluskoni reanimasiyaya yerləşdirilib.
APA AFP-yə istinadən xəbər verir ki, bu barədə keçmiş Baş naziri müşayiət edənlərdən biri bildirib.
Onun AFP-yə verdiyi məlumata görə, Berluskoni ürək problemlərinə görə çərşənbə günü reanimasiyaya yerləşdirilib.
İtaliyanın ANSA agentliyi isə bildirib ki, Milanda San Raffaele xəstəxanasına yerləşdirilən 86 yaşlı keçmiş Baş nazirinin vəziyyəti stabildir.