Bidzina İvanişvili: Gürcülər və osetinlər arasında müharibəyə görə üzr istəmək üçün özümüzdə güc tapacağıq

“Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvili

© APA | “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvili

# 14 sentyabr 2024 21:16 (UTC +04:00)

Gürcüstan hakimiyyəti oktyabrın 26-na təyin edilmiş parlament seçkilərində qalib gəldikdən sonra 2008-ci ildə osetinlərlə gürcülər arasında Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili və onun “Vahid Milli Hərəkat” partiyasının kənardan sifarişlə başlatdığı müharibəyə görə üzr istəməyə özündə güc tapacaq.

APA xəbər verir ki, bunu hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvili Qori şəhərində keçirilən seçki mitinqində deyib.

Onun çıxışı Gürcüstan telekanalları tərəfindən yayımlanıb.

Siyasətçi çıxışında təkrar edib ki, Saakaşvilinin partiyasını 2008-ci il müharibəsini başlatdığına görə məsuliyyətə cəlb etmək üçün hakim partiya yeni çağırış parlamentdə konstitusiya çoxluğunu əldə etməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR