Bild: Alman müxalifətinin lideri 2025-ci ildə kansler postuna namizəd olmaq istəyir

Fridrix Merz

© APA | Fridrix Merz

# 15 sentyabr 2024 12:26 (UTC +04:00)

Almaniyada ən böyük müxalifət partiyası olan Xristian Demokrat İttifaqının sədri Fridrix Merz 2025-ci il seçkilərində Almaniya kansleri vəzifəsinə namizədliyini irəli sürmək niyyətindədir.

APA xəbər verir ki, bu barədə “Bild am Sonntag” qəzeti partiya dairələrindəki mənbələrə istinadən yazır.

Nəşrin məlumatına görə, Merz öz qərarını sentyabrın 22-də Brandenburq federal əyalətinin Landtaqa (regional parlament) seçkilərindən sonra açıqlamaq istəyir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR