Azərbaycanda yol qəzası keçirən AK Partiyanın sədr müavini Binəli Yıldırım İstanbulda yerləşdirildiyi xəstəxanadan evə buraxılıb.
APA NTV-yə istinadən xəbər verir ki, o, jurnalistlərin suallarını cavablandırır.
Qeyd edək ki, oktyabrın 20-də Binəli Yıldırım, onun mühafizəçisi və millət vəkili Şamil Ayrımın olduğu avtomobil Zəngilan aeroportu yolunda qəzaya düşüb. Onların hər üçü müayinə üçün helikopterlə Bakıya gətirilib, növbəti gün isə Türkiyəyə yola salınıb.