Bank Of Baku

Bir gündə Ukrayna şəhərlərindən 7295 nəfər təxliyə edilib

Bir gündə Ukrayna şəhərlərindən 7295 nəfər təxliyə edilib
# 21 mart 2022 05:34 (UTC +04:00)

Ötən gün Ukrayna şəhərlərindən ümumilikdə 7295 nəfər təxliyə edilib.

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ukraynanın baş nazirinin müavini İrina Vereşçuk bildirib.

Onun sözlərinə görə, planlaşdırılan yeddi marşrutdan dördü işləyir.

Ümumilikdə 3985 nəfər mühasirədə olan Mariupol şəhərindən Zaporojjya şəhərinə təxliyə edilib.

Vereşçuk bildirib ki, Ukrayna hökuməti növbəti təxliyə üçün bu gün Mariupola 50-yə yaxın avtobus göndərməyi planlaşdırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR