Bank Of Baku

Blinken Hakan Fidanla İsveçin NATO-ya üzvlüyünü müzakirə edib

Blinken Hakan Fidanla İsveçin NATO-ya üzvlüyünü müzakirə edib
# 10 iyul 2023 08:18 (UTC +04:00)

Katib Blinken Türkiyənin xarici işlər naziri Hakan Fidanla NATO-nun Vilnüsdə keçiriləcək sammitini və Rusiya-Ukrayna müharibəsindəki son hadisələri müzakirə edib.

APA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departementinin sözçüsü Metyu Milller bildirib.

Dövlət katibi vurğulayıb ki, indi İsveçin NATO Alyansına rəsmən qoşulmasının, ABŞ və Türkiyənin isə uzun müddətdir davam edən müdafiə əməkdaşlığımızı daha da gücləndirməsinin vaxtıdır. Dövlət katibi BMT-nin Suriyaya transsərhəd humanitar yardım mexanizminin 12 ay müddətinə yenilənməsinin təcili ehtiyac olması məsələsini qaldırıb.

Katib Türkiyəyə bu məsələdə rəhbərlik etdiyinə görə təşəkkür edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR