Blinken Ukraynanın NATO-ya üzvlüyünü qaçılmaz adlandırıb

ABŞ-nin dövlət katibi Antoni Blinken

© APA | ABŞ-nin dövlət katibi Antoni Blinken

# 12 sentyabr 2024 09:55 (UTC +04:00)

Blinken Ukraynanın NATO-ya üzvlüyünü qaçılmaz adlandırıb.

APA-nın məlumatına görə, bunu ABŞ-nin dövlət katibi Antoni Blinken deyib.

Dövlət Departamentinin saytında yerləşdirilən bəyanatda o bildirib ki, adıçəkilən ölkə alyansa üzvlük yolundadır:

“İyul sammitində biz bəyan etmişdik ki, Ukraynanın Şimali Atlantika Alyansına üzvlüyü qaçılmazdır. Ukrayna həm Avropa ittifaqı, həm də NATO istiqamətində irəliləyir”.

Bununla yanaşı, A. Blinken həmin məqsədə çatmaq üçün Ukraynanın bir sıra islahatlar həyata keçirdiyini vurğulayıb:

“Həmin islahatların arasında hərbi risklərdən sığortalanma sisteminin yaradılmasını göstərmək olar. Hərbi sahədə investisiyalaşmanı asanlaşdıran yeni sistemin dəyəri 350 milyon dollar təşkil edir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR