Bank Of Baku

Blinken və Kuleba arasında telefon danışığı olub

Dmitri Kuleba

© APA | Dmitri Kuleba

# 02 mart 2022 20:00 (UTC +04:00)

Ukrayna xarici işlər naziri Dmitri Kuleba və ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.

APA-nın xəbərinə görə, bu barədə nazir Kuleba "Twitter"də bildirib.

"Blinkenlə Rusiya Ukraynaya qarşı müharibəsini dayandırana və qüvvələrini çıxarana qədər bu ölkəyə qarşı əlavə sanksiyalarla bağlı telefon danışığımız oldu. Rusiyanın sanksiyalardan yayınmasının qarşısını almaq üçün əlaqələndirilmiş səylər barədə də danışdıq. Mən Ukraynanın, xüsusən də Hərbi Hava Qüvvələrimizin əlavə silah tədarükünə ehtiyacını vurğuladım", - nazir bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR