ABŞ dövlət katibi Kiyevdə Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüb.
APA xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.
Görüşdə Zelenski ABŞ-nin Ukraynaya göstərdiyi yardıma, xüsusən energetika sahəsindəki köməyə görə Blinkenə təşəkkürünü bildirib.
Blinken, öz növbəsində, Zelenski və komandasını görməyə şad olduğunu vurğulayıb.