BMT-nin İnsan Haqları Şurası İsveçdə Quranın yandırılmasından sonra Pakistanın təklif etdiyi din əleyhinə nifrətin qarşısını almaq üçün mübahisəli təklifi təsdiqləyib.
APA "Reuters"ə istinadən xəbər verir ki, təklifə Aİ və ABŞ tərəfindən etiraz edilib.
Bildirilib ki, bu, insan hüquqları və söz azadlığı anlayışına ziddir.
Bəyannamənin lehinə 28 ölkə, əleyhinə 12 ölkə səs verib, 7 ölkə səsvermədə iştirak etməyib.
Pakistanın təklif etdiyi bəyannamə BMT-yə üzv dövlətləri dini nifrət aktlarının qarşısını almaq və pisləmək üçün qanunlar qəbul etməyə çağırır.
Qeyd edək ki, İsveçdə Quranın yandırılması müsəlman ölkələrində geniş şəkildə pislənib.