Bank Of Baku

BMT: İyulun 17-i Taxıl sazişinin son günüdür - YENİLƏNİB

BMT: İyulun 17-i Taxıl sazişinin son günüdür - YENİLƏNİB
# 17 iyul 2023 03:17 (UTC +04:00)

“Taxıl sazişinin tərəfləri onun uzadılması ilə bağlı BMT-ni xəbərdar etməyiblər, razılaşmaların uzadılması üçün sonuncu gün başa çatıb”.

APA xəbər verir ki, bu barədə BMT məlumat yayıb.

"Taxıl sazişinin müddətinin uzadılması ilə bağlı hələlik heç bir məlumat yoxdur. BMT hesab edir ki, iyulun 17-i sazişin son günüdür", - BMT-dən bildirib.

***

02.00

İyulun 17-də Taxıl sazişinin müddəti başa çatır.

APA xəbər verir ki, Ukraynadan ərzaq ixracına dair saziş 2022-ci il iyulun 22-də İstanbulda 120 gün müddətinə bağlanıb, sonra isə müddəti üç dəfə uzadılıb.

Saziş Kiyevin nəzarətində olan Odessa, Çernomorsk və Yujnı limanlarından taxıl ixracı prosedurunu tənzimləyir. Sənəddə həmçinin Rusiyanın kənd təsərrüfatı məhsulları və gübrələrinin dünya bazarlarına çıxışını təmin etmək nəzərdə tutulur.

Mayın 18-də Rusiya sonuncu dəfə sövdələşmənin 60 gün müddətinə, yəni iyulun 17-dək uzadıldığını elan edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR