Afrikada müstəmləkəsizləşdirmə prosesi Fransa üçün ciddi təhlükə olacaq.
APA xəbər verir ki, bu fikri keçmiş amerikalı kəşfiyyat zabiti və BMT-nin müfəttişi Skott Ritter “Gegenpol” YouTube kanalına müsahibəsində bildirib.
“İndi Qabonda baş verənlər Afrikada, xüsusən də Fransa ilə bağlı müstəmləkəsizləşdirmə prosesinin davamlı təzahürüdür” – o deyib.
Ritterin fikrincə, Afrika qitəsində baş verən hadisələr qitədəki keçmiş müstəmləkələrində hökmranlıq etməkdə davam edən, onları iqtisadi, siyasi və hərbi cəhətdən nəzarətdə saxlayan Parisə xüsusilə nəzərə çarpacaq təsir göstərəcək: “Bundan əlavə, Qabon Fransa üçün uran mənbəyi olub və ona nüvə enerjisi sahəsində ABŞ-dan asılı etməyib”.