Bank Of Baku

BMT QAK: 4 milyona yaxın insan Ukraynanı tərk edə bilər

BMT QAK: 4 milyona yaxın insan Ukraynanı tərk edə bilər
# 03 mart 2022 17:43 (UTC +04:00)

Rusiyanın Ukraynaya hücumu nəticəsində iki milyondan çox insan evini tərk etmək məcburiyyətində qalıb.

APA-nın xəbərinə görə, bu barədə BMT İnsan Hüquqları Şurasının 9-cu sessiyasında BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Mişel Baçelet bildirib.

“BMT QAK-ın hesablamalarına görə, bir milyon insan məcburi köçkün vəziyyətinə düşüb. Daha 1 040 000 qaçqın son yeddi gündə qonşu ölkələrə keçib, əksər hallarda günlərlə velosipedlə və ya piyada soyuq havada yol gediblər. BMT QAK-ın hesablamalarına görə, qarşıdurma davam edərsə, yaxın həftələrdə dörd milyona yaxın insan ölkəni tərk edə bilər.

Mən ölkəni tərk edən ukraynalıları qəbul etməyi yüksək qiymətləndirirəm. Bu xoş qarşılanma vətəndaşlığından, etnik mənsubiyyətindən və ya digər statusundan asılı olmayaraq, münaqişədən xilas olmağa çalışan bütün insanlara şamil edilməlidir. Afrika və Asiya vətəndaşlarına qarşı ayrı-seçkiliyin narahatedici əlamətləri var və Ofisimiz bu vəziyyəti diqqətlə izləyəcək”, - o deyib.

BMT komissarı qeyd edib ki, hazırda on milyonlarla insan ölkədə potensial ölüm təhlükəsi altında qalır: “Minlərlə insan, o cümlədən yaşlılar, hamilələr, uşaqlar və əlillər partlayışlardan xilas olmaq üçün yeraltı sığınacaqlara və metro stansiyalarına sığınmağa məcbur olub. Ukraynadakı heyətimlə Rusiya qoşunlarının irəliləyəcəyi təqdirdə təqib olunacağından narahat olan bir neçə qrup, Ukraynadakı Krım tatar icmasının üzvləri, eləcə də tanınmış hüquq müdafiəçiləri və jurnalistlər əlaqə saxlayıb”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR