Bank Of Baku

BMT TŞ-yə "Şimal axını"ndakı partlayışla bağlı məlumat göndərilib

BMT TŞ-yə "Şimal axını"ndakı partlayışla bağlı məlumat göndərilib
# 11 iyul 2023 12:33 (UTC +04:00)

İsveç, Danimarka və Almaniya BMT Təhlükəsizlik Şurasına "Şimal axını" qaz kəmərlərinin partlaması ilə bağlı apardıqları araşdırmalar barədə məlumat verən birgə məktub göndəriblər.

APA xəbər verir ki, Danimarka Xarici İşlər Nazirliyi "Twitter" səhifəsində məktubla bağlı məlumat yayıb.

Ölkələr birgə məktubda bildiriblər ki, tədqiqatlar hələ də davam edir: "Danimarka, Almaniya və İsveçin müvafiq milli hakimiyyət orqanları təxribatı hərtərəfli araşdırmağa və ayrı-ayrılıqda araşdırmaları davam etdirməyə sadiqdirlər. Araşdırmalar siyasi müdaxilə olmadan müstəqil formada və qanunun aliliyi prinsiplərinə uyğun aparılır. İstintaqların heç biri yekunlaşmayıb və hələlik onların nə vaxt yekunlaşacağını söyləmək mümkün deyil. Təxribat aktlarının xarakteri indiyə qədər qeydə alınmamış formadadır və araşdırmalar mürəkkəbdir. Cinayət-prosessual qaydalarda, eləcə də araşdırmaların xüsusiyyətlərində milli fərqləri nəzərə alaraq, bu məqamda paylaşıla bilən məlumatların miqdarı və xarakteri fərqlidir. Danimarka, Almaniya və İsveçin hakimiyyət orqanları araşdırmalarının texniki aspektləri ilə bağlı dialoq aparıblar və dialoq davam edəcək. “Şimal axını” boru kəməri partlayışlarının baş verdiyi ərazilərə baş çəkmək üçün heç bir maneə yoxdur. Bəzi fəaliyyətlər üçün müvafiq orqanlardan icazə tələb olunsa da, BMT-nin Dəniz Hüququ Konvensiyasına uyğun olaraq, bütün gəmilər müvafiq olaraq Danimarka və İsveçin eksklüziv iqtisadi zonalarında partlayış baş verən yerlərdə naviqasiya azadlığından istifadə edirlər. Xatırladırıq ki, boru kəmərlərinin operatorları olan “Nord Stream AG” və “Nord Stream 2 AG” boru kəmərlərinə dəyən ziyanla bağlı öz tədqiqatlarını aparıblar. Aparılan araşdırmalar barədə Rusiya Federasiyasının səlahiyyətli orqanları məlumatlandırılıb", - məktubda bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR