Bank Of Baku

BMT: Ukraynanı 4 milyona yaxın insan tərk edə bilər

BMT

© APA | BMT

# 26 fevral 2022 17:48 (UTC +04:00)

Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra təxminən 120 min insan Ukraynanın qonşu ölkələrlə sərhədini keçib.

APA "Assoşieyted Press"ə istinadən xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının sözçüsü Şabia Mantu bildirib.

"Hazırda demək olar ki, 116 min insan beynəlxalq sərhədləri keçib. Onların sayı arta bilər. Rəqəmlər hər dəqiqə dəyişir”, - deyə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının sözçüsü qeyd edib.

Ali Komissarlıq proqnozlaşdırır ki, vəziyyət pisləşərsə, 4 milyona yaxın ukraynalı sərhədi keçə bilər.

Mantu onların əksəriyyətinin qonşu dövlətlərə - Polşa, Moldova, Macarıstan, Rumıniya və Slovakiyaya, bəzilərinin isə Belarusa getdiyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR