Bank Of Baku

Bolqarıstan, Litva, Estoniya və Latviya rus diplomatlarını “persona non qrata” elan edib - YENİLƏNİB

Bolqarıstan, Litva, Estoniya və Latviya rus diplomatlarını “persona non qrata” elan edib - YENİLƏNİB
# 18 mart 2022 17:02 (UTC +04:00)

Bolqarıstanın ardınca Litva, Latviya və Estoniya da Rusiya diplomatlarının ölkədən çıxarılması barədə qərar verib.

APA xəbər verir ki, bu barədə həmin ölkələrin Xarici İşlər nazirlikləri məlumat yayıb.

Rusiya səfiri Aleksey İsakov Litva XİN-ə çağırılıb və ona səfirliyin 4 əməkdaşının “persona non qrata” elan olunması ilə bağlı nota verilib.

“Diplomatik statusa zidd fəaliyyətdə” ittiham olunan diplomatlar dərhal ölkəni tərk etməlidir.

Estoniya da Rusiya səfirliyinin 3 əməkdaşını “təbliğat yaymaq və təhlükəsizliyə təhdid törətmək” ittihamı ilə “arzuolunmaz şəxs” elan edib.

Latviya da “diplomatik statusa zidd fəaliyyətə görə” Rusiya səfirliyinin daha 3 əməkdaşını ölkədən çıxarır.

***

15:22

Bolqarıstan Xarici İşlər Nazirliyi (XİN) 10 rus diplomatını "persona non qrata" elan edib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Bolqarıstandakı səfiri Eleonora Mitrofanova məlumat verib.

Səfir qeyd edib ki, bu addımı son dərəcə qeyri-dost hərəkət kimi qəbul edirlər.

“Cavab tədbiri hüququnu özümüzdə saxlayırıq”, - diplomat vurğulayıb.

XİN-in məlumatında bildirilib ki, Bolqarıstan bu gün 10 rus diplomatını “persona non qrata” elan edib, onlara ölkəni tərk etmək üçün 72 saat vaxt verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR