Bolqarıstan parlamenti 12 apreldə işə başlayacaq.
APA xəbər verir ki, bu barədə məlumat Bolqarıstan Prezident Administrasiyasının mətbuat xidməti tərəfindən yayılıb.
Mətbuat xidmətindən bildirilib ki, ölkə Prezidenti Rumen Radev parlamentə seçilmiş deputatları 12 apreldə 49-cu Xalq Məclisinin (parlament) ilk işçi sessiyasına çağıracağını bu gün elan edib.
Xatırladaq ki, aprelin 2-də Bolqarıstanda növbədənkənar parlament seçkiləri keçirilib və “Bolqarıstanın Avropa Yolu ilə İnkişafı Uğrunda Vətəndaş Hərəkatı Partiyası” seçicilərin 26,49 faizinin səsini toplayaraq, parlamentdə 240 deputat mandatından 69-nu əldə edib.