Bank Of Baku

Bolqarıstanda əlverişsiz hava səbəbindən iki nəfər ölüb

Bolqarıstanda əlverişsiz hava səbəbindən iki nəfər ölüb
# 04 noyabr 2023 21:57 (UTC +04:00)

Bolqarıstanın şimal-şərqində əlverişsiz hava şəraiti höküm sürür.

APA xəbər verir ki, bu barədə Bolqarıstan Milli Radiosu məlumat yayıb.

Təbiət hadisəsi iki nəfərin ölümünə səbəb olub.

Şumen və İsperih şəhərlərində güclü külək 150-dən çox binanın damını uçurub.

Bəzi ərazilərdə leysan yağış daşqına səbəb olub.

Yerli hakimiyyət orqanları fövqəladə vəziyyət elan edib.

Bolqarıstanın bir çox bölgələrində elektrik enerjisinin verilişində fasilələr yaranıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR