Bank Of Baku

Boris Conson ilə Zelenski arasında telefon danışığı olub

Boris Conson ilə Zelenski arasında telefon danışığı olub
# 25 fevral 2022 15:00 (UTC +04:00)

Böyük Britaniya Baş naziri Boris Conson və Ukrayna Prezidenti Volodomir Zelenski arasında telefon danışığı olub.

APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, bu barədə baş nazirliyin ofisindən verilən xəbərdə deyilir.

Telefon danışığı zamanı Boris Conson Ukrayna ilə həmrəyliyini ifadə edib.

Prezident Zelenski baş nazirə Rusiyanın ən son hərbi irəliləyişləri, o cümlədən Ukrayna şəhərlərinə raket və artilleriya zərbələri, bu səhər erkən saatlarda Kiyevdə baş verən dəhşətli hadisələr barədə məlumat verib.

Baş nazir Rusiyanın zorakılıq kampaniyasına qarşı duran Ukrayna xalqının şücaət və qəhrəmanlığını təqdir etdiyini bildirib, həlak olanlara dərin hüznlə başsağlığı verib.

Boris Conson Böyük Britaniyanın Ukraynaya əlavə dəstəyini öhdəsinə götürüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR