Böyük Britaniyanın Baş naziri Boris Conson bu gün Səudiyyə Ərəbistanına səfər edəcək.
APA-nın “Le Matin” saytına istinadla xəbərinə görə, səfərin başlıca müzakirə mövzusu eneji daşıyıcıları olacaq.
Ardınca Baş nazir Abu-Dabiyə səfər edərək BƏƏ-nin rəhbəri şeyx Məhəmməd bin Zayidlə də görüşəcək. Boris Consonun hər 2 ölkəyə Avropaya neft və qaz ixracatını artırmağı təklif etməsi gözlənilir.