Bank Of Baku

Boris Conson və NATO baş katibi Estoniyada görüşüb

Yens Stoltenberq, Boris Conson

© APA | Yens Stoltenberq, Boris Conson

# 01 mart 2022 19:43 (UTC +04:00)

Britaniyanın baş naziri Boris Conson Estoniayda NATO baş katibi Yens Stoltenberq ilə görüşüb.

APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, onlar Estoniyanın baş naziri Kaja Kallas ilə birgə mətbuat konfransı keçiriblər.

Yens Stoltenberq bildirib ki, NATO son vaxtlar müdafiə qüvvələrini genişləndirib və 30 müxtəlif yerdə 100 döyüş təyyarəsinin hazır vəziyyətə gətirilib. O, Estoniyadakı NATO döyüş qrupuna rəhbərlik etdikləri üçün Boris Conson və Böyük Britaniyaya təşəkkür edib. O bildirib ki, Britaniya NATO ilə həmrəylik nümayiş etdirir.

Boris Conson Böyük Britaniyanın Ukraynaya gedən könüllüləri dəstəkləyib- dəstəkləmədiyi ilə bağlı suala cavab olaraq bildirib ki, Böyük Britaniyada müharibəyə başlamaqla bağlı qanunlar var. O qeyd edib ki, münaqişəyə girmək üçün xalqın və parlamentin dəstəyinə ehtiyac var və bu, hazırda gündəmdə deyil.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR