Bank Of Baku

Boris Conson Zelenski ilə Ukraynadakı vəziyyəti müzakirə edib

Boris Conson Zelenski ilə Ukraynadakı vəziyyəti müzakirə edib
# 02 mart 2022 15:17 (UTC +04:00)

Böyük Britaniyanın Baş naziri Boris Conson və Ukrayna Prezidenti Volodomir Zelenski arasında telefon danışığı olub.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Baş nazirin ofisindən bildirilib.

Hər iki lider yaxın günlərdə Rusiya Prezidenti Putinə maksimum təzyiq göstərmək üçün sanksiyaların daha da genişləndirilməsinin vacibliyi ilə bağlı razılığa gəliblər.

Prezident Zelenski Ukraynaya müdafiə yardımının çatdırılmasında Böyük Britaniyanın dəstəyinə və rəhbərliyinə görə Baş nazirə təşəkkür edib və bunun Rusiya qüvvələrinə müqavimətdə həyati əhəmiyyət daşıdığını deyib.

Ukraynaya hücumlardan təəssüf hissini bölüşən Baş nazir Boris Conson bildirib ki, Böyük Britaniya Ukrayna xalqını və onun müqavimətini dəstəkləmək üçün əlindən gələni edir.

Baş nazir Prezident Zelenskiyə deyib ki, Böyük Britaniya bu gün BMT Baş Assambleyasının Nyu-Yorkda günortadan sonra keçiriləcək iclasında Rusiyanın mümkün qədər sərt şəkildə qınanmasını təmin etmək üçün təşkilatın üzvləri ilə bir araya gəlir.

Baş nazir onun və Böyük Britaniya xalqının düşüncələrinin və dualarının Ukrayna xalqının yanında olduğunu söyləyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR