Böyük Britaniya Baş naziri Boris Conson sabah Rusiya lideri Vladimir Putinlə telefon danışığı aparacaq
APA-nın Britaniya bürosunun “Tass”a istinadən verdiyi xəbərə görə, bu barədə Britaniya baş nazirinin sözçüsü bildirib.
Qeyd edək ki, telefon danışığı dünən günorta saatlarında baş verməli olsa da, baş nazir dünən karantin qaydalarını pozmaqla bağlı araşdırmanın nəticələrinin açıqlanmasından sonra Parlamentdə çıxış etməli olub.
Buna görə də liderlər arasındakı telefon danışığı təxirə salınıb.