Bank Of Baku

Borrel: Ukraynaya maliyyə yardımını davam etdirməliyik

Aİ-nin Ali Nümayəndəsi Cozep Borrel

© APA | Aİ-nin Ali Nümayəndəsi Cozep Borrel

# 30 avqust 2023 10:59 (UTC +04:00)

Avropa İttifaqı Ukraynaya maliyyə yardımını davam etdirməlidir.

APA xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrel İspaniyanın Toledo şəhərində keçirilən Aİ müdafiə nazirlərinin qeyri-formal görüşündən əvvəl jurnalistlərə açıqlamasında deyib.

"Biz Ukraynaya maliyyə yardımının stabil və dayanıqlı yollarını araşdırırıq. Bu yardım indi də, nə baş verirsə-versin müharibədən sonra da davam etməlidir, Ukraynanın yenidən bərpası üçün davam etməlidir, Ukraynaya təhlükəsizlik zəmanəti verilməlidir. Bütün bunlar dərin müzakirələrdir və müdafiə nazirləri bu barədə danışacaqlar", - Borrel deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR