Avropa İttifaqının (Aİ) Gürcüstanı ikinci cəbhə açmaq üçün istifadə etmək istəməsinə inanmaq çılğınlıqdır, belə şeylərə qulaq asmayın.
APA-nın Gürcüstan bürosu xəbər verir ki, bunu Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə birgə mətbuat konfransında belə deyib.
“Bu təbliğat və dezinformasiyadır. Aİ-nin Gürcüstanı ikinci cəbhə açmaq üçün istifadə etmək istəməsinə inanmaq çılğınlıqdır, belə şeylərə qulaq asmayın. Bütün bunlar xalqı zəhərləmək, mesajları təhrif etmək, ölkədə inamsızlıq yaratmaq üçündür. Rusiya təbliğatı çox intensivdir”.