Bank Of Baku

Borrell: "Aİ Ukraynaya hərbi yardımın miqdarını 3.1 milyard avroya çatdırır"

Dmitri Kuleba, Cozep Borrell

© APA | Dmitri Kuleba, Cozep Borrell

# 17 oktyabr 2022 14:46 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) Ukraynaya hərbi yardımın miqdarını 3.1 milyard avroya çatdırır.

APA xəbər verir ki, bunu Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell "Twitter"də bildirib.

“Dmitri Kuleba Aİ-nin Xarici İşlər Şurasının iclasında bomba sığınacağından müraciət edərkən, biz Aİ-nin Ukraynaya hərbi yardımını 3,1 milyard avroya çatdırırıq və Aİ-nin bu ölkə üçün hərbi təlim missiyasına başlayırıq. Rusiyanın son hücumları Ukraynanı dəstəkləmək əzmimizi sarsıtmayacaq, yalnız onu gücləndirəcək”, - Borrell vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR