Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell BMT Baş katibi Antonio Quterreş ilə görüşüb.
APA xəbər verir ki, bu barədə Cozep Borrell Tvitter paylaşımında qeyd edib.
O bildirib ki, BMT Təhlükəsizlik Şurasının iclası çərçivəsində baş tutan görüşdə Ukraynadakı vəziyyət, iqlim dəyişikliyi ilə mübarizə, Latın Amerikası, Efiopiya və Saheldə vəziyyət, Yaxın Şərq Sülh Prosesi, həmçinin Serbiya-Kosovo əlaqələrinin normallaşmasına dair geniş müzakirə aparılıb.