Bank Of Baku

Borrell: Gürcüstan Prezidentinin impiçmenti risklidir və qütbləşməni artıracaq

Borrell: Gürcüstan Prezidentinin impiçmenti risklidir və qütbləşməni artıracaq
# 08 sentyabr 2023 13:33 (UTC +04:00)

Gürcüstanda Prezident Salome Zurabişvilinin impiçmenti məsələsi risklidir və ölkədə qütbləşməni daha da artıracaq.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell Tbilisidə Gürcüstan Baş naziri İrakli Qaribaşvili ilə birgə mətbuat konfransında belə deyib.

“Prezidentin impiçmenti məsələsi riskdir və bu vəziyyəti daha da gərginləşdirəcək, qütbləşməni artıracaq. Bütün institutlar birlikdə işləməli və ölkənin Avropa yoluna güclü dəstək verməlidirlər. Gürcüstanın bu prosesdə uğurlu olmaq potensial var”, - Borrell bildirib.

Qeyd edək ki, Gürcüstanın hakim “Gürcü Arzusu” partiyası Prezident Salome Zurabişvilinin impiçmenti prosesinə başladığını bəyan edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR